Azərbaycanlı bəstəkarın əsərləri Avropa festivallarında
AzVision.az xəbər verir ki, Türkər Qasımzadə AzərTAc-a bildirib ki, İrlandiyanın paytaxtı Dublində reallaşdırılmış “Up Close with Music” adlı digər festivalın konsert proqramına isə bəstəkarın solo-fleyta üçün yazdığı “Patterns of the ink dissolving in water” (“Suda həll olan mürəkkəbin naxışları”) əsəri daxil edilib. Bu əsəri tanınmış fleytaçı Madlen Stonton ifa edib.
Gənc bəstəkarın “Solo for Erin Lesser” əsəri cari ilin yayında İtaliyanın Tuskan bölgəsində keçiriləcək “Cortonia Prize” müasir musiqi festivalında ifa üçün seçim turundan uğurla keçib. Bu əsər 17 finalçının əsərləri sırasında daxil edilməklə, müxtəlif ölkələrdən təqdim edilən 84 əsərin arasından seçilib.
Bundan əlavə, Türkər Qasımzadə bu ilin iyulunda Fransada keçiriləcək nüfuzlu “Etchings” festivalının təşkilat komitəsindən də dəvət almışdır. Festivalın münsiflər heyəti tədbirdə iştirak üçün T.Qasımzadənin namizədliyi barədə də qərar verib. Orada bəstəkara sifariş verilən əsəri ifa olunmalı və həmin əsərin görkəmli musiqiçilər tərəfindən müzakirəsi keçirilməlidir.
Teqlər: