Lütfəli Abdullayevin 100 illiyi qeyd ediləcək
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə reallaşacaq.
AzVision.az xəbər verir ki, Dövlət Film Fondundan AzərTAc-a bildiriblər ki, tədbirdə görkəmli sənətkara həsr edilən fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının onunla bağlı xatirələri dinləniləcək.
Tədbirin sonunda L.Abdullayevə həsr edilmiş “İkinci ömür” (rejissor Gülnarə Abdullayeva) sənədli filmi nümayiş olunacaq.