Müxaliflər İran təyyarəsini vurdu

Müxaliflər İran təyyarəsini vurdu
  29 Mart 2013    Oxunub:1498
Azad Suriya Ordusu İrandan Bəşər Əsəd rejiminə silah daşıyan yük təyyarəsini vurduqlarını açıqlayıb.
Suriya prezidenti Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan Azad Suriya Ordusu İrandan rejimə silah daşıyan yük təyyarəsini vurduqlarını açıqlayıb. Müxaliflər vurulan təyyarənin görüntülərini də yayımlayıb.

“Əl-Arabiya”nın müxaliflər tərəfindən yaradılan “SANA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Azad Suriya ordusu İran təyyarəsini Dəməşq Hava Limanına eniş edərkən roketlə vurub.

Müxaliflər təyyarənin vurularaq yandığı anın görüntülərini Youtube video paylaşım saytında da yayımlayıblar.



Teqlər:





Xəbər lenti