Həcc ziyarətinə sənəd qəbulu davam edir

Həcc ziyarətinə sənəd qəbulu davam edir
  29 Mart 2013    Oxunub:1404
Fevral ayının 1-dən başlayan sənəd qəbulu hazırda davam edir
AzVision.az-a açıqlamasında bu sözləri, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. Onun sözlərinə görə, fevralından 1-dən başalayan sənəd qəbulu hazırda davam edir.

“Sənəd qəbulu bitdikdən sonra biz müraciət edənlərin sayı ilə bağlı dəqiq məlumatı mətbuata açıqlayacağıq”-deyə, QMİ-nin rəsmisi əlavə edib.

Qeyd edək ki, fevralın 1-dən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması başlayıb. Həcc ziyarətinin proqramı və qiymətlər bu ilin aprelində QMİ nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanacaq protokolun hazırlanması zamanı dəqiq məlum olacaq.

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti