Zibil qutusundan 17-ci əsrə aid sənət əsərləri tapıldı
Alman polisinin yaydığı məlumata görə, onlar artıq sənət əsərlərini sənətşünaslara təhvil veriblər. Mütəxəssislər yağlı boya ilə çəkilmiş rəsm əsərinin orijinal olduğunu təsdiqləyiblər.
Ehtimal edilir ki, oğlan portretini əks etdirən həmin rəsmlərdən biri Rembrandtın tələbəsi, Hollandiyalı rəssam Samuel van Hoogstraten (1627-1678) tərəfindən çəkilib. Amma onun çəkilmə tarixi dəqiq bilinmir.
İkinci əsər isə, Venedikli sənətkar Pietro Bellotti tərəfindən kətan üzərində çəkilib və kətanda yazılan tarix rəsmin 1665-ci ilə aid olduğunu göstərib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Rəsm