Leyla Əliyeva gənclərə müraciət etdi

Leyla Əliyeva gənclərə müraciət etdi
  29 Mart 2013    Oxunub:1395
Romada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) növbəti forumu işə başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın forum iştirakçılarına müraciəti oxunub.

Müraciətdə bildirilir ki, Azərbaycan hökumətinin dəstəyi ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu forum miqyasına görə ASAIF tədbirlərinin ən böyüyüdür. Əgər Strasburq, Budapeşt və Vyana forumlarında əsasən Avropada təhsil alan tələbələrə üstünlük verilirdisə, indi ASAIF dünyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı gəncləri Romaya gətirərək Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmasına, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılmasına müvəffəq olub. Bu baxımdan, forum iştirakçıları arasında Amerika və Uzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikasında təhsil alan tələbələri görmək təqdirəlayiq haldır.

Müraciətdə vurğulanır ki, budəfəki forumda müzakirə olunacaq mövzular da təsadüfi seçilməyib. ASAIF onların daha səmərəli istiqamətlərini təyin edərək, konkret və məqsədyönlü fəaliyyətini davam etdirə biləcək.


Teqlər:





Xəbər lenti