Dünyada ilk: İsrail süni ət istehsal edən sənaye müəssisəsi qurdu

      Dünyada ilk:    İsrail süni ət istehsal edən sənaye müəssisəsi qurdu
  02 İyul 2021    Oxunub:3657
İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib.
Azvision.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" analitik agentliyi məlumat yayıb. "Future Meat Technologies" adlanan şirkətin gündə 500 kiloqram sintetik ət istehsal edəcəyi bildirilir. Bu isə üç min orta ölçülü hamburger istehsal etməyə kömək edəcək. Süni ət xüsusi bioreaktorlarda istehsal olunur.

"İsrail mütəxəssislərinə görə, yeni metod geniş ərazilər tələb etmir və eyni zamanda ənənəvi heyvandarlıq üçün zəruri olan suya qənaət etməyə də imkan verir. "Future Meat Technologies"dən alınan ətin digər bir üstünlüyü ondan ibarətdir ki, onun istehsalı heyvan yetişdirmək və kəsməkdən iyirmi dəfə az vaxt aparacaq", - deyə məqalədə yazılıb.

Qeyd edək ki, süni ət istehsalı son illərdə daha çox Çində gündəmə gəlsə də, hazırda bir sıra ölkələr yeni metodlarla ət əldə etməyə çalışır. Ayrı-ayrı elm adamları, şirkətlər insan orqanizminə zərər vurmadan təbii komponentlərdən əldə olunan məhsullarla süni ət əldə etməyə çalışırlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Süni-ət   İsrail  





Xəbər lenti