Uçan taksilər dövrü başlayır – FOTO

   Uçan taksilər dövrü başlayır –    FOTO
  09 İyul 2021    Oxunub:2937
Japan Airlines (JAL) aviaşirkəti 2025-ci ildən uçan avtomobil biznesinə başlamağa hazırlaşır. Aviaşirkət sərnişinləri aeroportların arasında və turist marşrutları üzrə aviamobillərlə daşımağı planlaşdırır.
JAL bu məqsədlə Almaniyanın Volocopter şirkətinin aviamobillərindən istifadə edəcək. Bunlar elektriklə işləyən, şaquli enib-qalxa bilən iki yerlik pilotsuz aparatlardırlar. Aviamobillər 35 kilometrə qədər məsafəyə 110 km/saat sürətlə uçurlar.



Ötən il JAL “Volocopter” şirkətinə yatırım qoyub. Ardınca Mie prefekturası ilə layihənin tətbiqi haqqında müqavilə imzalanıb. Lakin başqa prefekturalara uçmaq üçün dövlətin xüsusi icazəsi lazım olacaq. Artıq Yaponiya hökuməti uçan avtomobillərlə bağlı təhlükəsizlik qaydalarının müəyyənləşdirilməsinə başlayıb.






Samir
Azvision.az


Teqlər: Aviamobil  





Xəbər lenti