ICESCO ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat bu mühüm təşəbbüsün yüksək səviyyədə həyata keçirilməsi üçün lazım olan bütün tədbirləri görəcək. O əlavə edib ki, Şuşanın İslam Dünyası Mədəniyyət Paytaxtı tədbirləri çərçivəsində ICESCO-nun Azərbaycanda regional ofisinin açılması da nəzərdə tutulur. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə İslam irsi abidələrinin müəyyən edilməsi və onların İslam Dünyası İrsi Siyahısına salınması istiqamətində texniki ekspert heyətinin də səfəri həyata keçiriləcək. Heyətin üzvləri Azərbaycanın uyğun strukturları ilə birlikdə tarixi abidələrin bərpası üzrə planın layihəsi üzərində işləyəcəklər.
Görüşdə Azərbaycanla ICESCO arasında elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən digər layihələr ətrafında da fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: ICESCO