Ermənistanın xarici siyasəti rubldan avroya keçir - Replika

 Ermənistanın xarici siyasəti rubldan avroya keçir -  Replika
  21 İyul 2021    Oxunub:2962
Ermənistan XİN başçısının səlahiyyətlərini icra edən Armen Qriqoryan verdiyi son bəyanatla İrəvanın müharibədən sonrakı destruktiv fəaliyyətinin davam edəcəyini bir daha təsdiqlədi. XİN başçısı siyasi partiya sədri, sıradan bir nazir, dövlət məmuru deyil, odur ki, hər bəyanatı dövlətin mövqeyinin, hakimiyyətin iradəsinin ifadəsi kimi başa düşülür.
Artıq neçənci dəfədir ki, Azərbaycan prezidenti Qarabağ probleminin tarixə qovuşduğunu bütün mümkün tribunalardan bəyan edib. Ermənistan isə Qərblə Rusiya arasındakı konfliktdən istifadə etməyə çalışmaqla, artıq şantaj yolunu seçdiyini gizlətmir. Avropanın 2,6 milyard avroluq yardım peketindən sonra İrəvanda hamının beyni dumanlandı. Hazırda erməni KİV-lərinin ən çox gündəmdə saxladığı məsələ ayrı-ayrı Qərb siyasətçilərinin Azərbaycan və Türkiyənin əleyhinə verdiyi bəyanatlardır. Ən çox ətrafında "su bulandırdıqları" mövzu isə Rusiya sülhməramlılarının mandatı məsələsidir.

Artıq ayağını möhkəmləndirmiş Paşinyan Qərbin bəlli dairələri ilə gizli razılıq əsasında Rusiyanın maraqlarını "müstəqil" erməni ekspert və siyasətçilərinin dililə baltalamağa başlayıb. Erməni hakimiyyətinin qarşısında qoyulan əsas tapşırıq KİV-də ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpasının vacibliyi, Rusiya sülhməramlılarının bölgəyə ABŞ və Fransa ilə razılaşdırılmadan, yalnız Azərbaycanın razılığı ilə yeridilməsinin ermənilərin marağına və guya beynəlxalq hüquqa zidd olduğu haqda fikir formalaşdırmaq, sülhməramlıların tərkibinin digər ölkələrinin hərbçilərinin iştirakı ilə genişləndirilnməsinin vacibliyi haqda kontent yaratmaqdır.

Əvvəlki təhlillərimizdə də qeyd etdiyimiz kimi, Avropanın Ermənistana ayırdığı 2,6 milyard avroluq maliyyə dəstəyinin əsas hissəsi məhz propaqanda üçündür. Yaxın gələcəkdə Ermənistanda Qarabağ ətrafındakı mübahisəni yenidən qızışdırmaq məqsədilə informasiya zəmini yaradan yeni media orqanlarının, elektron KİV-lərin, televiziya kanallarının yaradılmasının şahidi olacağıq. Bütün bu informasiya və propaqanda fəaliyyəti məhz Aİ-nin ayırdığı pulla maliyyələşdiriləcək. Artıq Ermənistanda Köçəryan-Sərkisyan cütlüyü xaric, bütün siyasətçilər Rusiyanı və onun Qarabağdakı sülhməramlı missiyasını hədəf götürüblər.

Erməni XİN-nin potensial başçısı Armen Qriqoryanın bütün bu proseslərdə artıq təbliğatçı olması yuxarıda ehtimal etdiyimiz məqamlara tam aydınlıq gətirir. Yəni erməni cəmiyyəti 2,6 milyard avroya geosiyasi müstəvidə Avropaya satılıb. Armen Qriqoryan isə hər xırda insidentdən sonra köməyə çağırdıqları KTMT və Avrasiya İttifaqı çərçivəsindəki müttəfiqləri olan Rusiyanın birbaşa maraqlarına zərbə vuraraq, Moskvanı şantaj etməklə məşğuldur. Bununla Paşinyan və komandası Rusiyadan asanlıqla canlarını qurtaracaqlarını düşünürlər.

Amma hər şey düşündüyümüz qədər asan deyil. Rusiyanın yaratdığı saxta dövlətlərini Moskvanın nəzarətlindən çıxarmaq hazırda münkünsüz görünsə də, Paşinyanın bunu etmək üçün hələ çox cildlərə girəcəyini son proseslər bir daha təsdiqlədi. Vəziyyəti acınacaqlı olan Ermənistan hakimiyyətinin provokasiya, diversiya cəhdləri, noyabr Bəyannaməsinin müddəalarını pozmaq istiqamətində atdığı bütün addımların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Hazırkı vəziyyətin tamamilə Azərbaycanın xeyrinə və onun nəzarətində olması faktı isə danilmazdır. Bunu İrəvanda və Bakıda olarkən Aİ Şurasının prezidenti Mişel, həm də dünən İlham Əliyevlə görüşən Rusiya prezidenti Putin bir daha təsdiq etdilər.

Şahin Ömər
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti