Prezidentin qızı: “Azərbaycanın təcrübəsi bizə yetər”

Prezidentin qızı: “Azərbaycanın təcrübəsi bizə yetər”
  30 Mart 2013    Oxunub:1469
Dariga Nazarbayeva Latın əlifbasına keçid üçün dost ölkələrin təcrübəsindən istifadə edəcəklərini bildirib
Qazaxıstan Latın əlifbasına keçid üçün komissiya yaradacaq. AzVision.az-ın məlumatına görə, sözü gedən ölkə tez zamanda yeni əlifbaya keçid üçün işlərə başlacaq.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı, millət vəkili Dariga Nazarbayeva məsələ ilə bağlı açıqlamasında bildirib ki, Latın əlifbasında keçid zamanı dost və qardaş ölkələrin təcrübəsindən yararlanacaqlar. D.Nazarbayeva bildirib ki, Türkiyə, Azərbaycan və Özbəkistanın Latın əlifbasına keçid təcrübələrindən istifadə edəcəklər.

Qeyd edib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev “2050- Strategiya” adlı planında 2025-ci ilə qədər Latın əlifbasına keçiləcəyini bildirmişdi.


Teqlər:





Xəbər lenti