Degeneratdır, amma maraqlıdır: Antisemit homofob konspiroloqun fikirləri
Onun haqqında material hazırlamaq heç də bütün fikirləri ilə razılaşmaq anlamına gəlmir. Ancaq düşündürücü və maraqlı baxışları var. Bütün hallarda, tanış olmağa dəyər.
Klimov “ali sosiologiya” (“degenerologiya”) adlanan, tarix və sosiologiyanın interpretasiyasına əsaslanan marginal konsepsiya işləyib-hazırlayıb. Yaratdığı konsepsiyanı müdafiə etmək üçün isə ksenofob (əsasən antisemit və homofob) ritorikadan istifadə edib.
Klimovun ideya və baxışları aşağıdakılardan ibarətdir:
- Qocalıq və ölüm təkcə insanlara deyil, ailələlərə, nəsillərə, siniflərə, aristokratiyaya, hətta bütöv xalqlara və sivilizasiyalara da xasdır. Nəsillərin (yəni ailələrin, ictimai zümrələrin, millətlərin) qocalma səbəbi yaxın qohumlarla cinsi əlaqə, evlilikdir. Klimov bunu “degenerasiya ağacının kökü” (degenerasiya – orqanizmin bioloji və ruhi cəhətdən pozulması) adlandırır.
Degenerasiyanın, yəni cəmiyyətin, nəslin, millətin qocalmasının ilkin əlaməti bioloji çoxalmaya meylin azalmasıdır. Bu özünü cinsi baxımdan yetkin insanın əks cinsə marağının zəifləməsində və ölməsində, öz cinsinə, uşaqlara, heyvanlara meylinin artması ilə müşayiət olunan pozğun hərəkətlərdə göstərir. Yəni, təbiət sanki onun çoxalmasını bloklayır. Degenerasiyaya məruz qalmış nəsil, zümrə, cəmiyyət dünyaya uşaq gətirsə belə, həmin uşaqlarda degenerasiyanın sonrakı əlaməti özünü göstərir ki, bu da psixi pozğunluqdur. Daha sonrakı mərhələdə anadangəlmə qüsurlar meydana çıxır.
Homoseksualizm və ümumiyyətlə qeyri-ənənəvi seksual meyillər degenerasiyanın varlığının dəqiq göstəriciləridir. Klimova görə, bu dekandent (dekandent – (фр. décadent – düşkünlük) – ədəbiyyatda, sənətdə estetizm, individualizm və immoralizm ilə xarakterizə olunan cərəyan) KİV-in təsiri ola bilər. (Klimovun fikrincə müasir Qərb cəmiyyəti qocalır, degenerasiyaya uğrayır, pozulur və cırlaşır, bu özünü onun mədəniyyətində göstərir).
Onun fikrincə, normal nəsil davamı üçün dədə-babalarımız kimi adi klassik sekslə məşğul olmaq (yəni üz-üzə, kişi üstdə, qadın altda, partnyorun və özünün yerində başqasını təsəvvür etmədən) lazımdır. Əgər bu cür əlaqə həzz verirsə, deməli, degenerasiya əlamətləri yoxdur. Əgər insan bu üsulu çox sınaqdan çıxarıbsa və artıq bundan ləzzət almırsa, deməli, onda artıq nəsil qocalmasının (degenerasiyanın) əlamətləri var.
Klimov hesab edir ki, yəhudilər arasında degenratların sayı qeyri-yəhudilərə nisbətdə 6 dəfə çoxdur, çünki onlarda yaxın qohumlar arasında cinsi əlaqə və evlilik daha çoxdur.
Pisliyin, “şeytanlığın” əsas mənbəyi psixi cəhətdən sağlam olmayan və hakimiyyətə can atan insanlardır (“legionerlərdir”, “onların adı legiondur” – "İncil"dən). Psixi pozğunluq genetik təbiətə malikdir və yaxın qohumlarla cinsi əlaqələrən (evlilikdən) doğur.
Klimov çox güman ki, “legionerlərə” aid böyük tarixi şəxsiyyətlərin həyatından “maraqlı faktları” üzə çıxaran ilk şəxsdir. Onun fikrincə, ABŞ-ın əsasını qoyanlar, Karl Marks (Klimovun fikrincə, onun əsl adı Mordehay Levidir), leninçi-trotskiçi bolşeviklər, Eynşteyn, Viktor Hüqo, Yevgeni Yevtuşenko (Klimov onu “Qavtuşenko” adlandırırdı) , Boris Pasternak, Salvador Dali və bir çox başqaları degeneratdırlar.
Çoxsaylı mənbələrin Klimovu antisemit hesab etməsinin səbəbi onun “pozğunluq” “nəzəriyyəsinin” məhz yəhudilərlə bağlı olmasıdır. Onun “Tanrı xalqı” adlı kitabı tam olaraq antisemitizmə həsr olunub.
Klimov hər hansı xalqın “təmiz qan” məsələsi ilə bağlı suala belə cavab verib: “Tanrı irqçiliyin istənilən formasına nifrət edir. Tanrı hər hansı xalqın özünü seçkin xalq elan etməsi ideyasına da nifrət edir. Bu, irqçiliyin ən pis təzahürüdür. Duqlas Ridin (ingilis yazıçısı) əsərlərini oxuyun. Onun “Sion haqqında mübahisə” adlı fundamental əsərində bu haqda çox gözəl fikirlər var, hesab edirəm ki, bizim keşişlər Əhdi-Ətiqin tərifini göylərə qaldırmazdan qabaq o əsərlə tanış olsaydılar, pis olmazdı. Qarışıq nikahları qadağan etməklə “qan təmizliyini” qorumağa çalışan istənilən adam öz millətinin degenerasiya prosesini sürətləndirir. Bu, xüsusilə də, kiçik millətlərə aiddir.
Nadir Qocabəyli
Azvision.az
Teqlər: Fəlsəfə