Nahidə Orucova “Sənətkar” medalına layiq görülüb
Nahidə Orucova ona göstərilən diqqətə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürlərini bildirib, teatr sənətinin inkişafı naminə bundan sonra da əzmlə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Aktrisa daha sonra sosial şəbəkə hesablarında da izləyiciləri ilə bu sevincini bölüşüb.
Qeyd edək ki, indiyə qədər "Sənətkar" medalına Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın tanınmış aktyorları, Xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, Ramiz Məmmədov (mərhum sənətkar), Əməkdar artist Boris Qrafkin layiq görülüblər.
Orucova Nahidə Mülük qızı 1961-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram-kino aktyorluğu" fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb.
1993-cü ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Solist - vokalist" kimi fəaliyyətə başlayan istedadlı aktrisa indiyədək bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.
N. Orucova 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. 2013-cü idən Prezident Mükafatçısıdır.
Azvision.az
Teqlər: