Hüseyn Dərya Tərtərdə dəfn olunacaq

Hüseyn Dərya Tərtərdə dəfn olunacaq
  16 Mart 2014    Oxunub:1623
Reperin atasının məzarının yanında torpağa tapşırılacağı deyilir.
Ötən axşam qəzaya uğrayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dərya Tərtərdə dəfn ediləcək. AzVision.az anspress-ə istinadən xəbər verir ki, dəfn mərasimi sabah baş tutacaq. Onun atasının məzarının yanında dəfn ediləcəyi deyilir.

Mərhumla vida mərasimi isə bu gün Qaraçuxur qəsəbəsindəki evində olacaq.

Artıq mərhumun yaxınları xəstəxanaya toplaşıblar. Onların arasında H.Dəryanın iki həyat yoldaşı, qayınanası, hətta oğlu da var.

Mərhumun ilk həyat yoldaşının sözlərinə görə, H.Dərya xəstəxanaya düşəndən, hətta ölüm xəbəri yayılandan sonra ailə üzvlərindən heç kim onun yanına gəlməyib.

Reperin vəziyyəti gecə normal olsa da, o, səhər saatlarında keçinib. Onun son arzusu isə qızı və oğlunu görmək olub.


Teqlər:





Xəbər lenti