Rusiya kosmik modulunu Sakit okeanda batırıb

Rusiya kosmik modulunu Sakit okeanda batırıb
  26 İyul 2021    Oxunub:1939
Rusiya kosmik modulu olan "Pirs"i okeanda batırıb. Belə ki, 20 ildir MKS-in tərkibində fəaliyyət göstərən modul "Proqres MS-16" yük kosmik gəmisi ilə birlikdə orbitdən çıxarılaraq planlaşdırıldığı kimi öz marşrutu ilə okeana düşüb.
Azvision.az xəbər verir ki, bu barədə "Roskosmos" dövlət korporasiyasının mətbuat katibi "RİA Novosti"yə bildirib.

Hazırda modulun atmosferin sıx təbəqələrindən keçən zamanı yanmayan hissələri Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 3630 kilometr məsafədə, Sakit okeanın dibindədir. "Pirs" kosmik stansiyadan ayrılaraq okeanda batırılan ilk MKS modulu oldu.

Tural Tağıyev
Azvision.az




Teqlər: Rusiya  





Xəbər lenti