Şimal Cənuba müharibə elan etdi

Şimal Cənuba  müharibə elan etdi
  30 Mart 2013    Oxunub:1418
Ölkədə hərbi vəziyyət elan olunub.
Koreya Xalq-Demokratik Respublikası Cənubi Koreyaya qarşı müharibə vəziyyətində olduğunu elan edib. Ölkədə hərbi vəziyyət elan olunub.

«Hökumət, siyasi partiyalar və təşkilatların bütün fəaliyyətləri ölkəmizin Cənubla müharibə vəziyyətində olması şəraitinə uyğunlaşdırılacaq. Bu andan etibarən Koreyalararası münasibətlər müharibə vəziyyətinə qədəm qoyur və iki Koreya arasında bütün məsələlər müharibə dövrünün qanunları ilə həll olunacaq», deyə bildirilir.

Şimali Koreya televiziyasının efirində səsləndirilmiş KXDR partiya, nazirlik və digər qurumlarının birgə bəyanatında həmçinin «Koreya yarımadasında qeyri-müəyyənlik şəraitinin sona çatdığı» bildirilib.


Teqlər:  





Xəbər lenti