`Eurovision 2014`dəki mahnımız - VİDEOKLIP

`Eurovision 2014`dəki mahnımız - VİDEOKLIP
  17 Mart 2014    Oxunub:1740
Dilara Kazımova "Start a Fire" adlanan mahnını ilk dəfə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində 6 mayda oxuyacaq.

Azərbaycan təmsilçisi Dilarə Kazımova “Eurovision-2014” mahnı müsabiqəsində “Start a Fire” mahnısını ifa edəcək.

AzVision.az xəbər verir ki, mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək birinci yarımfinalda D.Kazımova B&W Hallerne arenasında tamaşaçılar qarşısına məhz bu mahnı ilə çıxacaq.

Mahnısını güclü və eyni zamanda həssas qadının etirafı kimi təsvir edən gənc və istedadlı Dilarə Kazımova deyib ki, “Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir. Mahnının süjeti faciəvi olsa da, lakin sonunda işıqlı gələcəyə ümid var. Sanki qaranlıqda isti, zəif duyulan işıq görürsən. İndi mən, bu mahnıda yaşayıram, onu sonuncu nota qədər hiss eləmişəm və çox istərdim ki, auditoriya da onun dərin mənasını dərk eləsin”.

“Start a Fire” mahnısı istedadlı müəlliflər – Yohann Kronland, Allessandr Qutxardt və Stefan Örn tərəfindən yazılmışdır.

Qeyd edək ki, S.Örn “Eurovision- 2011”in qalib mahnısı “Running Scared”ın müəlliflərindəndir.

Mahnıda deyilir: “Hətta ən zəif işıq belə alov yarada bilər”. Ola bilər ki, bu alov avropa dinləyiciləri arasında Azərbaycan təmsilçisinə birincilik gətirsin.




Teqlər:  





Xəbər lenti