
Azvision.az xatırladır ki, “Amazon Prime Video” striminq şirkəti “The Lord of the Rings”in televiziya hüquqlarını 2017-ci ilin noyabrında $250 milyona almışdı. Bu o deməkdir ki, “Üzüklər hökmdarı” dünyanın ən bahalı serialı olacaq.

Şounun kastinqi bütün dünyada aparılıb. Çəkilişlər 2020-ci ildə Oklenddə (Yeni Zelandiya) başlayıb. Arada pandemiyaya görə işlərə fasilə verilib. Serialın natura çəkilişləri Yeni Zelandiyanın meşələrində və dağlarında, orijinial trilogiyanın çəkildiyi yerlərdə aparılıb.




Samir Quliyev
Azvision.az