Sümükdən hazırlanan motosiklet satışa çıxarıldı

Sümükdən hazırlanan motosiklet satışa çıxarıldı
  18 Mart 2014    Oxunub:1037
Florida sakini Riz Mur heyvan sümüklərindən hazırladığı motosikleti satışa çıxarıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Cowasaki” adı verilən motosikleti Mur 55 min dollara satmaq niyyətindədir. Bu nəqliyyat vasitəsində getmək olmaz, o yalnız heykəltəraşlıq nümunəsidir.
65 yaşlı Riz Mur ilk dəfə sümükdən hazırladığı motosikleti bir avtosalona hədiyyə edib. Daha sonra o, yenidən bir neçə motosiklet hazırlayıb. Hazırda onlardan bəziləri müxtəlif şəhərlərdə nümayiş etdirilir.

“Mən sadəcə sümüklərlə işləməyi çox xoşlayıram. Fikrimcə sümükdən hazırladığım motosiklet tarixdə ən gözəçarpan əl işi olacaq” - deyə Mur qeyd edib.

Murun sözlərinə görə, bir motosikleti hazırlamaq üçün o bir neçə il sümük yığır.


Teqlər:  





Xəbər lenti