Ovanisyan aclığa dözmədi

Ovanisyan aclığa dözmədi
  30 Mart 2013    Oxunub:1567
Raffi Ovanisyan aclıq aksiyasını dayandıracağını bəyan edib
Ermənistanda müxalifət lideri Raffi Ovanisyan bildirib ki, aksiya xristianların dini bayramı Pasxanın başladığı gün, martln 31-də başa çatacaq. Bununla belə 16 gündür ac olan "İrs" lideri etraz aksiyasının aprelin 9-dək, hazırki prezident Serj Sarqsyanın andiçmə mərasiminə qədər davam etdiriləcəyini qeyd edib.

Aclıq aksiyasını dayandırması qərarına gəlincə Ovanisyan "Ölənə qədər aclıq etmək fikrində idim. Lakin millətin gələcəyi naminə özümə qəsddən imtina edirəm" deyib.

Müxalifət lideri həmçinin bildirib ki, bu vaxt ərzində bölgələrə səfər edərək tərəfdarlarını rejimlə mübarizəyə səsləyəcək, aprelin 5-də isə böyük mitinq keçirəcək.

Xatırladaq ki, Ermənistan müxalifəti mayın 1-də “Milyonların Marşı” mintinqi keçirəcəklərini bəyan ediblər.


Teqlər:  





Xəbər lenti