Nazirlərin sakinlərlə görüş vaxtı açıqlandı

Nazirlərin sakinlərlə görüş vaxtı açıqlandı
  30 Mart 2013    Oxunub:1194
Təhsil və nəqliyyat nazirləri ölkə prezidentinin tapşırığı ilə bölgələrə edəcəkləri səfərlərin vaxtını açıqlayıblar.
Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamaısnda deyib ki, ilk görüşü aprelin 20-də Sumqayıt şəhərində keçiriləcək. Onun sözlərinə görə, orada şimal bölgəsinin təhsil işçiləri ilə görüş təşkil olunacaq. Görüşdə təhsil işçilərinin arzu-istəkləri, şikayətləri dinləniləcək və problem həlli üçün müəyyən addımlar atılacaq.

Nəqliyyat naziri Ziya Məmmədov isə bildirib ki, ilk görüşü aprelin 12-də Qubada keçiriləcək. Nazir bildirib ki, digər şimal bölgələrinin sakinləri də qəbula gələ bilərlər. Onun sözlərinə görə, bu görüşlərdə problemlər dinləniləcək, səbəblər müəyyənləşəndən sonra lazımi tədbirlər görüləcək.



Teqlər:





Xəbər lenti