İqtidaryönlü şeyxin başını kəsdilər

İqtidaryönlü şeyxin başını kəsdilər
  31 Mart 2013    Oxunub:1551
Suriyada silahlı üsyançılar hökuməti dəstəkləyən növbəti din nümayəndəsinə divan tutublar. Hələb şəhərinin Şeyx Məsud kürd məhəlləsində məsçidin imamı şeyx Həsən Səfiyəddin silahlı üsyançılar tərəfindən edam olunub.
“Cəbhət ən Nüsrə” qruplaşmasının üzvləri şeyxi öldürərək, onun ebəcər hala salınmış cəsədini seyr olunması üçün əhalinin qarşısına çıxarılıb, bədənindən ayrılmış başı isə məsçidin minarəsinə qoyulub.

Şeyx Həsən Səfiyəddin Bəşər hökumətə dəstək etməyə çağırırdı və ölkənin böhrandan siyasi yolla çıxarılmasının tərəfdarı idi. O Suriyaya əllərində silahla gəlmiş radikal islamçıları pisləyirdi.

“Bu insanlar hansı azadlığa çağırırlar? Onlar Suriya torpaqlarında görünməmiş qəddarlıqlar törədirlər. Onlar Allaha yox, Şeytana xidmət edirlər”,-deyə Hələbdən olan imam Abdel Kader Şəhabi ölkə televiziyasında çıxışında vurğulayıb. O bildirib ki, yaraqlılar bir müddət əvvəl qətlə yetirilmiş şeyxin oğlunu girov götürərək ondan müxalifətə qoşulmağı tələb ediblər (APA).


Teqlər:  





Xəbər lenti