Aviasiyada yenilik: PUA səmada təyyarəni yanacaqla təmin etdi
"ABŞ Hərbi Dəniz Qüvvələri və "Boeing" ilk dəfə olaraq "F-35C Lightning II" qırıcısına yanacaq doldurmaq üçün "MQ-25TM T1" sınaq qurğusundan istifadə etməyi bacardı"-, "Boeing"in mətbuat üçün yaydığı press-relizdədə yazılıb.
Xatırladaq ki, şirkət artıq Pentaqonla dörd pilotsuz tankerin tədarükü ilə bağlı müqavilə imzalayıb. Tədarükün tam şəkildə reallaşma müddəti 2024 -cü ilin avqustunda başa çatacaq. Müqavilənin məbləği səkkiz yüz milyon dollardır.
Tural Tağıyev
Azvision.az