Ermənistanın borcu artıb

Ermənistanın borcu artıb
  01 Aprel 2013    Oxunub:1476
Ermənistanın xarici borcları durmadan artmaqdadır. Son bir ildə ölkənin xarici borcu 300 milyon dollar artaraq 3,8 milyard dollara çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin maliyyə, kredit və büdcə komissiyasının sədri Qagik Minasyan məlumat verib.
Məlumatda bildirilir ki, ölkənin xarici borcları 2011-ci ildəki 3,589 milyard dollardan 2012-ci ilin sonunda 3,859 milyard dollara çatıb.
İşsizliyin hökm sürdüyü, əhalisinin əksəriyyətinin yoxsulluğun son həddində yaşadığı Ermənistan xarici borclarını ödəmək iqtidarında deyil. Bu borcların gələcəkdə daha da artcağı gözlənilir.


Teqlər:  





Xəbər lenti