İran ifşa edildi

İran ifşa edildi
  01 Aprel 2013    Oxunub:3332
İran Tanzaniya bayrağı altında Suriyaya silahla dolu gəmi göndərib
«Əl-Ərəbiyə» telekanalının məlumatına görə, İran Tanzaniya bayrağı altında Suriyaya silahla dolu gəmi göndərib. Gəminin Süveyş kanalını 6 saatda qət etdiyi və Qırmızı dənizə girdiyi bildirilir.

Süveyş kanalına nəzarət edənlər isə gəminin kimyəvi gübrə daşıdığını açıqlayıblar. Hazırda məsələ İran tərəfi ilə müzakirə edilir.

Bu arada Bəşərə Əsədə sadiq ordu qüvvələrinin ölkənin müxtəlif şəhərlərində rejim əleyhdarlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda daha 114 nəfər həyatını itirib.


Teqlər:





Xəbər lenti