Dünyanın ən hündür qadını türkiyəli Rumeysa oldu- VİDEO

   Dünyanın ən hündür qadını türkiyəli Rumeysa oldu-   VİDEO
  13 Oktyabr 2021    Oxunub:3656
Türkiyəli qadın Rumeysa Gelgi "Ginnes"in rekordlar kitabına düşüb.

Azvision.az xəbər verir ki, bu barədə "Ginnes"in rəsmi saytı məlumat yayıb. Rumeysanın kitaba düşməsinə səbəb onun boyunun 215,16 sm olmasıdır. O hazırda dünyada yaşayan ən uzun qadını kimi tanınır.
"Hər bir qüsuru özünüz üçün bir üstünlük halına gətirə bilərsiniz. Ona görə də özünüzü olduğu kimi qəbul edin, potensialınızı reallaşdırın və bacardığınızın ən yaxşısını edin"-Gelgi deyib.

Qeyd edək ki, bu Rumeysanın "Ginnes"in Rekordlar Kitabına düşməsi ilə bağlı ikinci rekordudur. O 2014 -cü ildə 18 yaşında ikən ən uzun boylu yeniyetmə qız kimi də tanınmışdı.



Xatırladaq ki, türkiyəli qadının həddindən artıq uzun boya malik olması böyümə zamanı skeletin sürətli inkişafına səbəb olan nadir bir genetik xəstəlikdən "Uver" sindromundan qaynaqlanır.





Tural Tağıyev
Azvision.az



Teqlər: Rekord   Boy   Türkiyə  





Xəbər lenti