“İranın notasının heç bir mənası yoxdur”

“İranın notasının heç bir mənası yoxdur”
  01 Aprel 2013    Oxunub:1521
“Güney azərbaycanlılarla bağlı danışmağa, müzakirələr aparmağa, onların taleyi ilə maraqlanmağa ixtiyarımız çatır. Buna heç kim, heç bir dövlət yasaq qoya bilməz”
AzVision.az-a açıqlamasında bu sözləri Dünya Azərbaycanlıları Konqresi (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
“Bundan əvvəl elə bir tədbiri Dünya Azərbaycanlıları Konqresi keçirmişdi. Bizə də o barədə nota verilmişdi. İndi biz Güney azərbaycanlılarının adını tuta bilmərik. Adlarını çəkən kimi İran gündə bir nota verəcək? Bu mənasız bir şeydir. Bizim azərbaycanlıların bir parçası orada yaşayır. Onlarla bağlı danışmağa, müzakirələr aparmağa, onların taleyi ilə maraqlanmağa ixtiyarımız çatırr. Buna heç kim, heç bir dövlət yasaq qoya bilməz”.

Millət vəkili bildirib ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsiylə (GAMAC) bağlı məlumatsızdır: “Amma Güneylə bağlı müzakirələri, konfransları, simpoziumları vacib hesab edirəm və buna İranın etiraz etməsinin heç bir anlamı və mənası yoxdur”-deyə, S.Rüstəmxanlı əlavə edib

Xatırladaq ki, İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota verib. Konfrasda Politoloq Vəfa Quluzadə, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı iştirak edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti