Türk serialları iranlıları pozur

Türk serialları iranlıları pozur
  01 Aprel 2013    Oxunub:1721
Bu il Tehranda ayrılan cütlüklərin faizi ötən ilə nisbətən 6 faiz çoxalıb
Bu gün beynəlxalq sanksiyalara məruz qalaraq, iqtisadi durumu böhran vəziyyətinə düşən İranda boşanma halları çoxalıb. Buna başlıca səbəb kimi isə, ölkədə yayımlanan türk seriallarıdır.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İran ölkəsinin səlahiyyətliləri bildirir.

Onların sözlərinə görə, həmin serialar İranda yayımlandığı gündən etibarən ölkədə boşanmaların sayı yüksək həddə çatıb. Belə ki, ABŞ-ın təzyiqləri nəticəsində iqtisadi durumu günü-gündən pisləşən Tehranda, bu il ayrılan cütlüklərin faizi ötən ilə nisbətən 6 faiz çoxalıb.

Səlahiyyətlilər bildirir ki, iqtisadi çətinlikləri olan ailələr, türk seriallarını izlədikdən sonra isə evlənib-boşanmağa daha asanlıqla qərar verirlər.



Teqlər:





Xəbər lenti