“Turqut Özalın zəhərlənməsi artıq sübut olunub”

“Turqut Özalın zəhərlənməsi artıq sübut olunub”
  01 Aprel 2013    Oxunub:1966
“Turqut Özalın nəşində 4 zəhər növü tapılıb. Yenidən saçının incələnməsinin önəmi yoxdur”
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Ahmed Özal deyib. Onun sözlərinə görə, T.Özalın zəhərlənməsi artıq təsdiq edildiyi üçün yeni araşdırmaya ehtiyac yoxdur.

Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə müəmmalı şəkildə dünyasını dəyişib. Sabiq prezidentin ailəsinin israrlı təkidlərindən sonra Türkiyə hökuməti T. Özalın məzarının açılması haqda qərar qəbul edib. Türkiyənin Ədliyyə Nazirliyinin tibb qurumu araşdırmanı tamamlayıb. İddialara görə, alınan analizlərdən prezidentin nəşində yüksək miqdarda zəhər qalıqları tapılıb. Bu zəhər Turqut Özalın ya yeməyinə, ya da içəcəyinə qatılıbmış.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti