AYB-nin yeni təyinatları ələ salındı

AYB-nin yeni təyinatları ələ salındı
  28 Mart 2014    Oxunub:1439
Ötən gün AYB rəhbərliyi tərəfindən bəzi mətbu orqanların rəhbərlərinin dəyişilməsi heç də birmənalı qarşılanmayıb. AYO-nun qurucusu Rasim Qaraca kinayə ilə yanaşaraq bu təyinatları ələ salıb:

“Yadıma gəlir, 2001-ci ildə Qulu Ağsəsə AYO-ya qoşulmağı təklif edəndə “məni bağışla, mən vəzifəyə gedəcəm, ona görə qoşula bilmərəm” demişdi. Aradan aylar keçdikdən sonra o, “Ulduz” jurnalına “poeziya şöbəsinə” işə düzəlmişdi. Vəzifə dediyi bu imiş-ölü ədəbiyyat təşkilatının ölü gənclər jurnalı. İndi 13 il keçəndən sonra bu jurnalın redaktoru olub. Çox önəmli irəliləmədir. AYB-nin ondan da ölü bir orqanı var- “Ədəbiyyat qəzeti”. İndi Elçin də oraya redaktor təyin olunub. Kulisə verdiyi müsahibədə deyib ki, vəzifəyə keçməsiylə bağlı brifinq verəcək(!!!) nə deyəsən buna?!”.

Emin


Teqlər:  





Xəbər lenti