Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL

// Əlavə 100 milyon manat sosial artımlara yönəldilə bilər

   Dövlət rüsumları niyə dəyişdirilir -    TƏHLİL
  10 Noyabr 2021    Oxunub:3306
Dövlət büdcəsinin gəlir mənbələrindən biri də dövlət rüsumlarıdır. Dövlət rüsumu - dövlət və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hərəkətlərə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və sair) görə ödənilən haqdır. Bu ödəniş müəyyən dövrdən bir yaranmış real vəziyyətə uyğun olaraq artırıla, yaxud azaldıla bilər. Bunda müxtəlif iqtisadi və siyasi amillər rol oynayır.
Ölkəmizdə növbəti ildən 266 sayda dövlət rüsumlarının məbləğlərinə yenidən baxılaraq, artırılması zərurəti yaranıb. “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən, bəzi dövlət rüsumları yenidən müəyyən ediləcək. Hətta yeni dövlət rüsumlarının da tədbiq olunacağı gözləntisi var. Bu, rəsmi olaraq mövcud məbləğlərin maya dəyərdən aşağı olması ilə izah edilir. Qeyd olunur ki, bir sıra dövlət rüsumları 15 il bundan qabaq müəyyən edilib və o zamandan dəyişdirilməyib. Ötən müddət ərzində baş vermiş inflyasiya və digər iqtisadi proseslərlə əlaqədar dövlət rüsumlarının məbləğləri maya dəyərindən aşağı düşüb.

Bəs əsl səbəb nədədir?! Dövlət rüsumlarının qaldırılması doğrudanmı təkcə onların maya dəyərləri ilə uzlaşmaması səbəbindən irəli gəlir? Belə olan təqdirdə bu rüsumlara indiyədək niyə baxılmırdı?

Məsələ bundadır ki, dövlət rüsumlarının sayının və məbləğlərinin artırılması istənilən halda ilk növbədə dövlət büdcəsinə gəliri artırmaq məqsədi daşıyır. Dövlət büdcəsinin gəlir mənbələrindən biri məhz rüsumlardır. Növbəti il üçün Azərbaycanın dövlət büdcəsinin xərcləri isə çoxalıb. Əhalinin sosial rifahının qorunması sahəsində görüləcək əlavə tədbirlər də bunda sonuncu rolu oynamır.
Sual oluna bilər ki, dövlətin bunun üçün məgər, müvafiq maliyyə gücü və imkanları yoxdurmu? Dövlət rüsumlarının artırılmasından nə qədər vəsait daxil olacaq ki, maaş, pensiya, müavinət və təqaüdlərin artırılmasına yardım etsin?

Məsələ bundadır ki, dövlətin maliyyə ehtiyatları nə qədər geniş olsa da, 2022-ci ilin dövlət büdcəsi layihələrinin müqayisəli təhlili neft gəlirlərinin yenə əsas mənbə və dayaq rolu oynadığını göstərir. Belə ki, dövlət başçımızın sərəncamından əvvəlki layihədə məsələn, Dövlət Neft Fondundan (ARDNF) transfertin həcmi 11.860 milyard manat məbləğində nəzərdə tutulurdusa, sonuncuda bu məbləğ 850 milyon manat artırılaraq, 12.710 milyarda yüksəldilib. Və yaxud, əvvəlcə növbəti ildə büdcədə neftin dünya bazar qiyməti 45 ABŞ dolları səviyyəsində götürülmüşdüsə, sonrakı layihədə 50 dollar təsbit edilib.


Müəllifin əvvəlki yazıları:
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Bəli, təkrar edirəm, dövlətimizin kifayət qədər maliyyə gücü və artımlara getmək üçün imkanları mövcuddur. Əhalinin gəlirlərini artırmaq üçün hər cür şərait və imkan var. Həm cari ilin dövlət büdcəsi ilin əvvəlindən bəri profisitlə icra olunur, həm vergi və gömrük rüsumları üzrə yığım artıqlaması ilə yerinə yetirilir, həm də il başlayandan bəri neftin dünya bazar qiymətləri əlverişli vəziyyətdə olub və olaraq da qalır. Təkcə bir faktı qeyd edim ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin ilk 9 ayı ərzində mədaxilin artıqlaması ilə yerinə yetirilməsi, həmçinin dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulan mənbələrdən istifadə nəticəsində Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 7 milyard 309,7 milyon manat və ya planlaşdırılandan 20,1 faiz az vəsait daxil edilib.

Bununla belə, neft gəlirlərindən asılılıq böyükdür. Və bunu Prezidentin sərəncamından sonra növbəti ilin dövlət büdcəsi layihəsində ARDNF-dən transfertin əvvəl nəzərdə tutulandan 850 milyon manat məbləğində artırılması faktı da sübut edir. Halbuki, 2021-ci ilin ilk 9 ayında Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə 6 milyard 354,4 milyon manat vəsait daxil olmaqla bu həm, proqnoza nisbətən 1 milyard 66,7 milyon manat və ya 20,2 faiz çox təşkil edib, həm də sözügedən məbləğin 73,9 faizi və yaxud 4 milyard 692,8 milyon manatı qeyri-neft sektorundan daxil olub.

Dövlət büdcəsinə nəzərdə tutulandan artıq gəlirlərin daxil olması əhalinin sosial və iqtisadi cəhətdən müdafiəsini daha da yaxşılaşdırmaq üçün əvəzolunmaz mənbə sayılır. Ancaq sözügedən tendensiya gərək ardıcıl və dayanıqlı xarakter daşısın ki, artımlara inamla gedilsin. Dövlət rüsumları üzrə mənbə isə elədir ki, iqtisadi aktivlik passiv vəziyyətdə olduqda belə nisbətən dayanıqlı və axıcı əhəmiyyət kəsb edir. Yəni, rüsumları qaldırmaqla büdcəyə mədaxili istənilən halda artırmaq mümkündür.

Odur ki, rüsumlara baxılması və dəyişdirilməsi növbəti ildə artacaq xərcləri qarşılamaq üçün əlavə bir kömək və vasitə mənası baxımından məqsədəuyğun hesab edilir. Amma sözsüz, bir şərtlə ki, bəzi təyinatlı dövlət rüsumları inflyasiya prosesi göstəricilərindən yüksək həddə artırılmasın və ümumiyyətlə, rüsum dərəcələri mövcud iqtisadi imkanlar çərçivəsində dəyişdirilsin.

Yeri gəlmişkən, ilkin hesablamalara görə, sözügedən artımlardan büdcəyə əlavə olaraq 100 milyon manatdan çox əlavə vəsait daxil olmalıdır ki, bu, böyük bir rəqəm olmasa da, hər halda, mühüm dəstəkdir.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Rüsum  





Xəbər lenti