Prezidentliyə namizədləri yandırdılar

Prezidentliyə namizədləri yandırdılar
  01 Aprel 2013    Oxunub:1371
Karakasda pasxa bayramı münasibətilə maket yandırma mərasimi keçirilib.
Venesuelada, pasxa bayramı münasibəti ilə yüz illərdir keçirilən maket yandırma mərasiminin qurbanları bu dəfə prezidentliyə namizədlər olub.

Mərasimdə müxalifət lideri Enrike Kapriles başda olmaqla namizədlərin maketinə od vurublar. Bununla sakinlər bununla ölkəni şər qüvvələrdən, ədalətsizlikdən qoruduqlarını bildirməyə çalışıblar.

Venesuelalıların fikrincə müxalifətdən olan prezidentliyə namizədlər ölkədə satqınlıq və xəyanətlə məşğul olurlar.

Qeyd edək ki, müxalifət də buna özünəməxsus şəkildə cavab verib. Onlar müvəqqəti prezident Nikolas Maduro, daxili işlər naziri Nestor Revoral və sabiq vitse prezident Xorxe Rodrigezin maketlərini yandırıblar.


Teqlər:





Xəbər lenti