Azərbaycanlı nazir Türkiyədə verilişə çıxdı

Azərbaycanlı nazir Türkiyədə verilişə çıxdı
  13 Noyabr 2021    Oxunub:1048
“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov qardaş ölkənin NTV kanalında yayımlanan, teleməkanın ən baxımlı və nüfuzlu layihələrindən olan "Gecə Gündüz" verilişində qonaq olub.
AzVision.az xəbər verir ki, tanınmış aparıcı Gülay Avşarla səmimi dialoq şəklində davam edən buraxılış ərzində “Korkut Ata” Beynəlxalq Film Festivalının türk dünyası üçün böyük əhəmiyyətindən, ehtiva etdiyi dəyərlərin vəhdətindən bəhs olunub.

Anar Kərimov festival çərçivəsində Azərbaycanı təmsil edən "Biz" sənədli filmi haqqında da ətraflı məlumat verib. Xalqımızın taleyinə birliyimizin zirvəsi, Vətənə məhəbbətin, milli məfkurənin təntənəsi kimi həkk olunan, ən əsası isə bizi " Biz" edən şanlı tariximiz - 44 günlük Vətən müharibəsi və Zəfərimizdən danışıb.

Nazir, həmçinin, iki qardaş ölkə, Türkiyə və Azərbaycanın tarixin sınaqlarından alnıaçıq çıxmış dostluq münasibətlərinin mədəni müstəvidə də davam etdiyini vurğulayıb. İncəsənətin bir çox sahəsində gerçəkləşən və nəzərdə tutulan birgə layihələrin önəmindən bəhs edib.

AzVision.az


Teqlər: Mədəniyyət  





Xəbər lenti