Dövləti borca salanlar – TƏHLİL

Xaricdən kredit alan qurumların borcu büdcəyə yüklənməli deyil

   Dövləti borca salanlar –    TƏHLİL
  15 Noyabr 2021    Oxunub:2838
Məlum olduğu kimi, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat təşkil edəcək. Bu, 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 4,7 faiz çoxdur. Bu yazıda toxunmaq istədiyim isə büdcədən xarici dövlət borcu üzrə ödəniş məsələsidir. 2022-ci ildə dövlət büdcəsindən dövlət borcuna xidmət üçün 1 milyard 792 milyon manat ayrılması nəzərdə tutulur ki, bunun 232 milyon manatı daxili, 1 milyard 560 milyon manatı isə xarici dövlət borcuna xidmət üçün sərf olunacaq.
Yeri gəlmişkən, 2021-ci ilin 1 iyul tarixinə Azərbaycanın ümumi dövlət borcu (xarici və daxili) 17 milyard 352 milyard manat və ya ÜDM-in 21,6 faizini təşkil edib ki, bunun da 14 milyard 626 milyon manatı xarici dövlət borcuna bərabər olub. Xarici dövlət borcu ÜDM-in 18,2 faizi səviyyəsində olmaqla, ölkəmizin ən müsbət iqtisadi göstəricilərindən sayılır. Xarici dövlət borcunun ÜDM-in 30 faizindən çox olması təhlükəli vəziyyət sayılır. İnkişaf etmiş ölkələrdə nəinki 30, bəzən hətta ÜDM-in 100 faizindən də çox olur. Lakin onlar inkişaf etmiş ölkələrdirlər. İqtisadiyyatları xammal satışından asılı deyil, geniş şaxələnmiş iqtisadi sistemə sahibdirlər - iqtisadi artım templəri çoxsaylı generasiya mənbələrinə malikdir və s. Odur ki, özümüzü həmin ölkələrlə müqayisə edə bilmərik və etməməliyik də.

Vaxt var idi - dəqiq desəm, müstəqilliyimizin ilk illərində - ölkəmiz xarici maliyyə qurumlarından çox asılı vəziyyətdə idi. Alınan borc büdcə kəsirinin örtülməsinə gedirdi. Bu gün isə Azərbaycanın özünə borclu olan ölkələr var. Yəni iqtisadi artım sözünü deyib və deyir. Bəli, ölkəmiz xarici borclanma siyasətini bu gün də davam etdirir. Çünki bu siyasətsiz keçinmək mümkün deyil. Amma ehtiyatlı şəkildə. Yeri gəlmişkən, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da 2018-2025-ci illərdə dövlət borcunun dayanıqlığı təmin edilərək, onun ÜDM-ə nisbətinin tədricən azaldılması əsas məqsəd kimi qarşıya qoyulub.

Bizim digər üstünlüyümüz ondan ibarətdir ki, xaricə borcumuzu istənilən vaxt qaytara bilərik. Bunun üçün kifayət qədər maliyyə ehtiyatlarımız var. Oktyabr ayının 1-də Azərbaycanın rəsmi valyuta ehtiyatlarının həcmi 51 milyard 260,16 milyon dolları təşkil edib. Valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faizə qədər, ilin əvvəlinə nəzərən isə 1,3 faiz artıb. Beynəlxalq valyuta ehtiyatlarının 7 milyard 33,8 milyon dolları Mərkəzi Bankın, 44 milyard 226,4 milyon dolları Dövlət Neft Fondunun balansında olub. Yəni, valyuta ehtiyatlarının 13,7 faizi Mərkəzi Bankın, 86,3 faizi isə Neft Fondunun payına düşür.


Müəllifin əvvəlki yazıları:
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Bununla belə, bayaq adını çəkdiyim strategiyada qarşıya məqsəd qoyulub ki, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla, dövlət borcunun dayanıqlığı təmin edilsin. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı səviyyədə saxlanılması hədəf götürülüb.

Bu yerdə çox vacib bir cəhətə də toxunmaq istərdim. Koronavirus pandemiyasının yayıldığı və neftin ucuzlaşdığı 2020-ci il ərzində 150-dən çox ölkə maliyyə dəstəyi almaq üçün beynəlxalq maliyyə institutlarına müraciət etsə də, Azərbaycan onlara qoşulmadı. Ölkəmiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlara kömək üçün müraciət etmədi, buna təşəbbüs də göstərmədi. Çünki bizdə makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlı idi. Burada həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynadı, həm əvvəlki illər ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıdı, həm də 3 il öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başlanılan islahatlar mühüm təsirə malik oldu. Ölkəmiz ümumiyyətlə, borc almaq məsələsinə həmişə ehtiyatla yanaşıb və dövlət başçımız demişkən, xərclərimiz gəlirlərimizi heç vaxt üstələməyib.

Bununla belə, ölkə iqtisadiyyatı üçün bir sıra vacib sahələrdə nəzərdə tutulan işləri görmək məqsədilə kreditlər almaq, xarici borclanmanı ÜDM-in 22-23 faizinənə qədər artırmaq fəlakət sayılmır. Üstəlik, bir məsələ də var: nə qədər ehtiyatların olursa-olsun, borc alıb, borc verməsən mümkün deyil. Hətta maliyyə baxımından ən təmin olunmuş ölkələr belə, vacib işləri borc hesabına görürlər. Ancaq bizdə problem sadəcə ondadır ki, dövlət zəmanəti ilə borc alan iri dövlət şirkətlərinə nəzarət yox dərəcəsindədir. ”Azərsu", "Azərbaycan Hava Yolları" "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı", “Azərenerji”, “Azərişıq” kimi çox böyük həcmdə dövlət zəmanəti ilə xarici kredit cəlb etmiş qurumlar aldıqları borcları sonradan qaytarmırlar və onların əvəzində dövlət ödəniş etməli olur.

Bu qurumların maliyyə fəaliyyətinə nəzarəti gücləndirilmək istiqamətində son illər bir sıra tədbirlər həyata keçirilsə də, təəssüf ki, vəziyyət hələ də qənaətbəxş deyil. Halbuki, Prezident İlham Əliyev sözügedən problemdən danışarkən, dəfələrlə hər dəfə dövlət zəmanəti ilə xarici borc alan qurumları məsuliyyətli olmağa çağırıb və çağırır. Odur ki, belə qurumları dövlət zəmanəti ilə kredit almaqda çəkindirmək, prioritet layihələrə görə alınacaq kreditlərə xidmətlə bağlı həmin qurumlar üzərində ciddi nəzarət təşkil etmək tələb olunur. Başqa sözlə desəm, dövlətin adından borc alan qurumlar özləri məsuliyyət daşımalı - borca dövlət büdcəsi deyil, məhz özləri xidmət göstərərək dövlətin üzərinə ağırlıq salmamalıdırlar.

Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Dövlət-borcu  





Xəbər lenti