Rusiyadan ərazi bütövlüyümüzə hörmətsizlik- FOTO

Rusiyadan ərazi bütövlüyümüzə  hörmətsizlik- FOTO
  01 Aprel 2013    Oxunub:1257
Rusiya parlamentinin rəsmi orqanı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.
“Parlamentskaya qazeta”nın bugünkü buraxılışında qondarma “Dağlıq Qarabağ Respublikası”nın baş naziri Araik Arutunyannın “Reuters” agentliyinə verdiyi açıqlaması yayılıb. https://azvision.az/redirect.php?url=http://www.pnp.ru/news/detail/16200.

“Parlamenskaya qazeta”da nəşr olunan “Dağlıq Qarabağ respublikasının baş naziri: “Konflikt tərəfləri kompromisə hazır deyillər” başlıqlı yazıda qondarma Dağlıq Qarabağ Respublikası dırnaq içində verilməyib.

Yazıda qondarma respublikanın baş nazirinin açıqlamaları, Dağlıq Qarabağ münaqişəsi haqqında fikirləri yer alır. Həmin fikirlərdən sitatlar: “Azərbaycanın Qarabağı zorla geri almaq təhlükəsi Dağlıq Qarabağ Administrasiyasını ölkənin müdafiəsini daim təmin etmək üçün silah təchizatını artırmağa məcbur edir”.

“Bu müharibə daha qanlı, yüz minlərlə ölü və yaralı olacaq. Bu, Dağlıq Qarabağda irimiqyaslı humanitar böhrana gətirib çıxaracaq”.

“Hal-hazırda nə Ermənistanda, nə də Azərbaycanda ictimai fikir kompromisə hazır deyil. Konflikt tərəflərinin liderləri də kompromisə hazır deyillər və bu, tənzimləmə prosesini çətinləşdirir”.

”Çətin ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olsun”.

Qəzet yazır ki, tanınmamış respublikanın baş naziri 1991-94-cü illərdə Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın RİA “Novosti” informasiya agentliyində “Qarabağ 25 ildə tanınmamağa alışıb” (“Карабах за 25 лет научился быть непризнанным”) adlı analitik yazı çıxmış, yazı iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

Belə ki, Azərbaycan tərəfi RİA “Novosti”də çıxan bu yazıya görə Rusiyaya nota verib.

Azərbaycan tərəfinin notasından sonra analitik yazı saytdan çıxarılıb.(apa)


Teqlər:





Xəbər lenti