Məğlubiyyəti şərəflə yaşamaq hər kəsdə olmayan ərdəmdir

   Məğlubiyyəti şərəflə yaşamaq hər kəsdə olmayan ərdəmdir
  16 Noyabr 2021    Oxunub:2032
Dövrümüzün dahi fantazyoru, Ermənistan Milli Assambleyası “müdafiə və təhlükəsizlik” komissiyasinin yeni zühur etmiş eksperti (!) Artsrun Hovannisyan Azərbaycan Silahlı Qüvvələlərinin guya “böyük canlı qüvvə və zirehli texnika itkisi verdiyini” bəyan edən Ermənistanın uğursuz Müdafiə Nazirliyinə “məsləhətlər” verməkdə davam edir.
Bütün bu yalan-palan da dövlət sərhədinin Kəlbəcər və Laçın istiqamətində növbəti təxribata əl atan Ermənistan ordusunun qalıqlarının hərbi birləşmələrimizdən güclü şapalaq yeyərək, aşkar fiaskoya uğradığı şəraitdə yayılır. Halbuki, hazırda Ermənistan silahli qüvvələrinin minaatan batareyasının, şəxsi heyətinin, nəqliyyat və texniki vasitələrinin məhv edildiyi məlumdur.

Ötən il Hovannisyan-Peqov tandeminin tam informasiya rüsvayçılığından sonra Ermənistanın baş yalançısı yenidən hakimiyyətə qaytarıldı və bu gün onun növbəti uydurmalarından istifadə olunmaqdadır. Çünki məğlubiyyəti şərəflə yaşamaq da hər kəsdə olmayan ərdəmdir...

Bu arada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir tərəfdən kömək üçün Rusiya Federasiyasına yalvarır, digər tərəfdən də hədə-qorxu gəlir ki, əgər rəsmi İrəvan böhranı “mövcud strukturlar (KTMT) vasitəsilə həll edə bilməsə, o zaman digər beynəlxalq tərəfdaşlara (məsələn, NATO-ya) müraciət etməli olacaq”.

Qriqoryan Ermənistan ictimai televiziyasina müsahibəsində etiraf edib ki, hazırda Ermənistan silahli qüvvələri xeyli canlı qüvvə və texnika itkisi verib, lakin "qaçqın unitazlar ölkəsi"nin dövlət sərhədində baş verənlər haqda ətraflı məlumatı hərbi idarənin informasiya bürosu səsləndirəcək...
Hans Kloss
Nadir Quliyev

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti