“Ermənistanda revanşistlər hakimiyyətə gələ bilər” - Georgi Kunadze

   “Ermənistanda revanşistlər hakimiyyətə gələ bilər” -    Georgi Kunadze
  18 Noyabr 2021    Oxunub:4643
“Rusiyanın Belarus-Polşa sərhədindəki münaqişəyə cəlb olunduğunu nəzərə alsaq, o indi Ermənistan-Azərbaycan sərhədindəki hadisələrin hayında deyil. Üstəlik, bir qədər praqmatik danışsaq, ya da kobud ifadə etsək, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tam həll olunmasında Rusiyanın marağının konkret nədən ibarət olduğunu başa düşə bilmirəm”.
Bu sözləri AzVision.az -a Rusiya xarici işlər nazirinin keçmiş müavini, Rusiya Federasiyasının Koreya Respublikasındakı keçmiş səfiri Georgi Kunadze deyib.

- Necə düşünürsünüz, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələ bilərmi?
- Ermənistanda daxili vəziyyət immanent qeyri-sabitliklə xarakterizə olunur. Ona görə də, Ermənistanda hansı qüvvələrin “revanşist” sayılmasından asılı olmayaraq, ehtimal olunan variantların heç birini istisna etməzdim.

- Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həlli çoxmu vaxt aparacaq?
- Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli ilə bağlı heç bir illüziya olmamalıdır.

- Sərhəddə vəziyyət gərginləşən kimi İrəvan 1997-ci ildə imzalanmış ikitərəfli razılaşmanı əsas tutaraq, müdafiə üçün Moskvaya müraciət etdi. Belə müraciətlərə necə baxılır?
- Razılığa gələn tərəflərdən biri - indiki halda Ermənistan müqaviləyə istinad edərək, təcavüzdən müdafiə üçün digərinə - indiki halda Rusiyaya müraciət etdikdə, sonuncu təcavüz faktını müstəqil şəkildə müəyyən etmək hüququnu özündə saxlayır. Bu, tələsik qərarları nəzərdə tutmayan standart təcrübədir, çünki dəyərləndirmələrdə hər hansı səhv baha başa gələ bilər.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti