Dərya basdırılarkən ölü olması sübut edildi - VİDEO

Dərya basdırılarkən ölü olması sübut edildi - VİDEO
  30 Mart 2014    Oxunub:1190
AzVision.az yerli mətbuata istinadən verdiyi məlumata görə, mart ayının 15-də vəfat etmiş mərhum repçi Hüseyn Dəryanın dəfn edilərkən diri olması xəbəri hələ də danışılır. Hətta bu məsələ o qədər böyüyüb ki, qəbrin üstü açılaraq, yenidən araşdırılma aparılması tələb olunur.

Lakin “Starlife” verilişinin kamerasına düşən görüntülərdə bir çox məqamlar aydın olub. Üstü açılan bəzi faktlar sübut edib ki, gələn səs heç də cənazədən deyil, onun nəşini maşına qoyanlardan birinin səsidir. Gələn inilti səsinin Hüseynə aid olduğunu söyləyənlər bu səsin Süleyman adlı şəxsə aid olduğunu təsdiqləyblər. Prodüser Sayqa Cahid, Hüseynin həyat yoldaşı Sona və tələbəsi Əşrəf Dərya da kadrlara baxdıqdan sonra bunu bir daha təsdiqləyiblər. Artıq xeyli müddətdir hər kəsi şoka salan səs Hüseyn Dəryaya aid deyilmiş.

Hüseynin ikinci həyat yoldaşı Sona “Hüseynin fanatları” ifadəsini eşidərkən əsəblərini cilovlaya bilməyib.

“Hüseyn rəhmətə gedəndə harada idi o fanatlar, heç olmasa iki fanat gələrdi də yasa.”

Mərhumun yaxın dostu Sayqa Cahid də “Hüseyn özünü oldürüb” deyənlərə belə cavab verib.
“Ölmək istəyən insan o qədər iş görmürdü. 50-dən çox işi var idi. “Sarı gəlin”i hazırlayırdı. O qədər iş görmək istəyən insan olmək istəməz. Onun ölümündən şou düzəltməsinlər. Onsuz da rahat yaşamadı.”





Teqlər:  





Xəbər lenti