AYB-də yeni dəyişiklik

AYB-də yeni dəyişiklik
  31 Mart 2014    Oxunub:1259
AYB-də yeni islahat dalğası başlayacaq
Gözlənildiyi kimi Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarında islahatlar davam edir. Bu gün AYB sədri, Xalq yazıçısı Anarın verdiyi qərarla tənqidçi Əsəd Cahangir “Azərbaycan” jurnalına baş redaktorun müavini təyin edilib.

Xatırladaq ki, bundan öncə Əsəd Cahangir jurnalın tənqid və publisistika şöbəsinin müdiri idi.

Qeyd edək ki, “Ədəbiyyat” qəzetinin və “Ulduz” jurnalının baş redaktorları dəyişilmişdi.

AYB-dən əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda yeni islahat və vəzifə dəyişikliyi gözlənilir.

Emin Piri


Teqlər:  





Xəbər lenti