Yetimə toy çalınmadı

Yetimə toy çalınmadı
  02 Aprel 2013    Oxunub:1346
Lənkəranda dəm qazından boğulma hadisəsi baş verib.
Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən axşam qeydə alınıb.

Belə ki, şəhər sakini, 25 yaşlı Ruslan Sərraf oğlu Hüseynov halsız vəziyyətdə yaxınları tərəfindən evin hamam otağında aşkarlanıb.

Təcili olaraq Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan R.Hüseynovu xilas etmək mümkün olmayıb.

Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. 25 yaşlı gəncin ölümünün dəqiq səbəbləri isə meyitin daxili müayinəsinin nəticələrindən sonra bəlli olacaq.

Qedy edək ki, hər iki valideynini itirmiş Ruslanın bu yaxınlarda toyu olacaqmış.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:





Xəbər lenti