Supervulkan ABŞ-ni məhv edə bilər

Supervulkan ABŞ-ni məhv edə bilər
  02 Aprel 2014    Oxunub:1475
4 min kvadrat kilometr ərazini (bu 4 Nyu-York, 2 Tokio ərazisinə barəbardir) əhatə edən Yelloustoun kalderasında lava püskürtüləri müşahidə olunur.

Vayominq ştatının Yellouston parkında dünyanın ən böyük vulkanı aktivləşməyə başlayıb. Bu amerikalıları naraht etməyə bilməz. Təkcə 28 mart tarixində vulkanın yerləşdiyi milli qoruq ərazisində 25 yeraltı təkan qeydə alınıb. Bunlardan ən dağıdıcısı isə 30 mart tarixində 4,8 ballıq zəlzələ oldu.

İnanadırıcı olmasada lakin insanlığın hələ yaşamadığı dağıdıcı gücünə görə minlərlə atom bombasına bərabər təbii fəlakət hər an baş verə bilər. Müşahidəçilərin son məlumatına görə parkın ərazisindən artıq heyvanlar kütləvi qaçmağa başlayıb və bu günə kimi vulkanın belə aktivliyi görülməmişdi. AzVision.az LifeNews-a istinadən xəbər verir ki, 4 min kvadrat kilometr ərazini (bu 4 Nyu-York, 2 Tokio ərazisinə barəbardir) əhatə edən Yelloustoun kalderasında lava püskürtüləri müşahidə olunur.

Qeyd edək ki, Yelloustoun qoruğu Yuneskonun ümümdünya mirasına daxil olan ilk qoruqdur. Ərazi çoxlu geyzerləri, gözəl landşaftı ilə məşhurdur. Burada 2 mindən çox bitki, yüzlərlə heyvan, balıq və quç növü yaşayır. Parkın illik 3 milyondan artıq ziyarətçisi olur.

Lakin bu gözəllikləri özündə birləşdirən park ən acılı nəticəsi ola biləcək təbii fəlakətə məskən ola bilər. Belə ki, “super güc” supervulkan qarşısında çox acizdir.




Teqlər:  





Xəbər lenti