Gələn ilin büdcəsi: Rekordlar təzələnir – TƏHLİL

      Gələn ilin büdcəsi:    Rekordlar təzələnir    – TƏHLİL
  13 Dekabr 2021    Oxunub:2306
Gələn ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə həcminə görə ən böyük büdcədir. Onun gəlir və xərclər hissəsi uyğun olaraq 26 milyard 816 milyon və 29 milyard 879 milyon manat təşkil edir. Bu, ABŞ dolları ifadəsində hazırki məzənnə ilə 16 milyard dollara yaxın və 17 milyarddan çox deməkdir.
2022-ci ilə çox böyük ümidlər bəslənilir. Bu da əbəs deyil. Cari ildə iqtisadiyyat yaxasını pandemiyanın cəngindən qutara bildi. Keçən ildəkinin davamı olaraq, bu ilin əvvəlində də davam edən tənəzzül prosesi may ayında dayandı. Və iqtisadi artım üzrə ilk işartılar nəzərə çarpmağa başladı. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 71,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal edilib. Halbuki, 2020-ci ili 4,3 faiz enişlə başa vurmuşduq.

Dövlət başçımızın 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı gələn ilin 2019-cu ilin davamı olacağını diqtə edir. Qeyd olunan il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili olmuşdu. 2020-ci ildə bunu davam etməyə imkan olmadı.

Nəhayət, bu il pandemiya şəraiti ilə əlaqədar fəaliyyətləri məcburi olaraq məhdudlaşdırılan və basqı altına alınan iqtisadiyyatın əsas generasiya vasitələri, ümumən təklifi formalaşdıran əsas istehsal sahələri gələn il tam şəkildə əvvəlki vəziyyətlərinə qayıdacaq və ümumi iqtisadi dövriyyədə pandemiyaya qədərki güclərini bərpa edəcəklər. Nəticədə həm kənarda, həm də daxildə cari ilin əvvəlindən bəridir ardıcıl müşahidə edilən qiymət artımı prosesi səngiyəcək.

Gələn ilin dövlət büdcəsi xərclərindən yazarkən bir cəhəti də vurğulamaq yerinə düşər: bu ilin əvvəlinədək işğaldan azad olunan ərazilərimizlə bağlı maliyyə xərcləri adlı tələb və zərurət yox idi. Bu məsələ ilk dəfə məhz 2021-ci ilin maliyyə sənədində 2,2 milyard manat məbləğində əksini tapdı və 2022-ci ilin dövlət büdcəsində də təsbit olunub.

Sözsüz ki, büdcənin artması iqtisadiyyatın inkişafının nəticəsidir. Dövlətin gəlirləri artır, gəlirlər artdıqca isə xərclər də genişlənir. Azad ediulmiş ərazilərin bərpası prosesi getdikcə daha çox vəsait tələb edir ki, yaxın illərdə ölkəmizin dövlət büdcəsi üçün bu istiqamət prioritet təşkil edəcək. Çünki dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin bərpasına vəsait yönəlişi həmin ərazilərin iqtisadi potensialını ölkə iqtisadiyyatına qatmaq məqsədi daşıyır. Yaxın gələcəkdə bunun nəticəsini ölkə üzrə ümumi iqtisadi artımda görəcəyik.


Müəllifin əvvəlki yazıları:

İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL

Odur ki, həm bu, həm də əhalinin sosisal müdafiəsini durmadan yaxşılaşdırmaq və gücləndirmək tələbi büdcənin həcmini artırmağı zərurətə çevirir. Ölkəmizin dövlət büdcəsi həmişə sosial xarakter daşıyıb. Amma hər il büdcədən sosial istiqamətdə xərclərin artımı baş vermir. Belə artımlar adətən bir neçə ildən bir həyata keçirilir. Söhbət minimum əmək haqqı, minimum pensiya məbləği, sosial müavinətlər və sair üzrə ödənişlərdən gedir.

Düzdür, pensiyaların indeksasiyası hər il aparılır, lakin bu, büdcədə ciddi xərc artımına gətirib çıxarmır. Son illərə nəzər yetirsək, sosial xərclərin ən çox artdığı il 2019-cu ildir. Həmin il ərzində 2 dəfə sosial paket həyata keçirildi ki, nəticədə 4 milyon nəfər civarında vətəndaşın gəlirlərində artım baş verdi. Gələn il də sosial xərclərdə ciddi artım olacaq.

Bunun nələrdən ibarət olacağı ictimaiyyətə açıqlandığı üçün təkrarlamağa ehtiyac yoxdur. Təkcə bir faktı qeyd edim ki, gələn il büdcədə sosial xərclərin payı 46,4 faiz təşkil etməklə, 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artıq olacaq. Söhbət 13 milyard 851 milyon manat vəsaitdən gedir. Həmin vəsaitin 60 faizi əməyin ödənilməsinə gedəcək.
Yeri gəlmişkən, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulur ki, sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat planlaşdırılır.

Büdcəni artıran əsas mənbə Neft Fondu (ARDNF) olacaq: 2022-ci ilin əsas maliyyə sənədində 26 milyard 816 milyon manat gəlirin 12 milyard 710 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edəcək. Ümumiyyətlə, Azərbaycanın 2022-ci il dövlət büdcəsi gəlirlərinin 54,8 faizi və ya 14 milyard 690 milyon manatının neft sektorunun, 45,2 faizi və ya 12 milyard 126 milyon manatının isə qeyri-neft sektorunun payına düşməsi nəzərdə tutulur ki, 2021-ci ilin proqnoz edilən göstərici ilə müqayisədə 2022-ci ildə büdcənin neft sektorundan gəlirləri 6,6 faiz, qeyri-neft sektorundan gəlirləri isə 4,1 faiz artmalıdır.

Yeni ildən əmək müqaviləsi ilə çalışanların əksəriyyətinin əməkhaqları artırılacaq. İslahat 1 milyonadək işçini əhatə edəcək, minimum əməkhaqqında və s. artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar gözlənilir. Yeganə çatışmazlıq ARDNF-dən transfertin artmasıdır. Bu, ölkə iqtisadiyyatının diversifikasiyası baxımından o qədər də yaxşı hal olmamaqla, dünya neft bazarından asılılığının qalacağı deməkdir. Düşünürəm, hökumət heç olmasa 2023-cü ildən bu siyasətə əks dönüş etməlidir.

Yeri gəlmişkən, dövlət başçımızın 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən dövlət sektorunda xərclənən hər ikinci manat (50 faiz) Neft Fondundan transfert hesabına maliyyələşdiridiyindən bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir. 2025-ci il isə o qədər də uzaqda deyil.

Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Büdcə  





Xəbər lenti