50 milyonluq üzük itib

50 milyonluq üzük itib
  03 Aprel 2014    Oxunub:1844
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsveçrənin Cenevrə şəhərində polis ötən ilin sentyabrından bəri yoxa çıxmış çəhrayı almaz qaşlı üzüyü axtarır. Üzüyün dəyəri 50 milyon dollardır.

Üzüyün sahibi, Qvineyadakı almaz satışı ilə məşğul olan "Silla Diamond International" şirkətinin sahibi Silla Mussanın dediyinə görə, üzüyü Cenevrədəki "Malca-Amit" şirkətinin depozit seyfinə qoyub.

Fəqət sonradan o, 50,66 karatlıq qaşa malik üzüyünü tapmayıb.
"Ötən ilin sentyabrında Cenevrəyə yollandım, seyfi açdım. Depozit seyfində üzük yoxdu. Mənə dedilər ki, üzüyü Cənubi Afrikadan olan bir ekspertə baxmaq üçün veriblər. Lakin sonra anladım ki, üzük yoxa çıxıb", - S.Mussa deyib


Teqlər:





Xəbər lenti