Yuxusuzluq 5 il qocaldır - MARAQLI

Yuxusuzluq 5 il qocaldır - MARAQLI
  03 Aprel 2014    Oxunub:1494
Gecələr rahat yata bilməyənlərin beyninin daha tez qocala biləcəyi müəyyən edilib.
Amerikalı alimlərin araşdırmasına görə, gecələr rahat yata bilməmək cəmi üç il ərzində beynin fəaliyyətinin azalmasına səbəb olur. Bununla da yaddaşsızlıq yaranır. Araşdırmanın nəticəsinə görə, cəmisi bir gecə yuxusuz qalmaq da başa dəyən zərbənin yaratdığı effektə bərabər olur.
Yuxu zamanı beyin zəhərli maddələrdən təmizlənir. Amma rahat yatmayanda isə həmin maddələr elə də təmizlənmir. Bunun nəticəsində beyin beş il qocalır.

Beynin qocalmasında yuxu saatlarının da böyük önəmi var. Orta hesabla 76 yaşında olan 2min 820 nəfər arasında keçirilən sorğunun nəticəsi “Sleep” dərgisində yayımlanıb.

Emin Piri


Teqlər:





Xəbər lenti