Ankara Universitetinin nümayəndə heyəti BDU-da

Ankara Universitetinin nümayəndə heyəti BDU-da
  02 Aprel 2013    Oxunub:1216
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Erkan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AzVision.az-a universitetin mətbuat xidmətindən məlumat veriblər. Görüşdə rektor Abel Məhərrəmov BDU-nun Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən danışıb. Rektor BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən də bəhs edib.
Ankara Universitetinin rektoru, professor, doktor Erkan İbiş də öz növbəsində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Daha sonra BDU ilə Ankara Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu proqram Avropa Birliyinin Erasmus-Mundus proqramına analoji olaraq Türkiyə Cümhuriyyəti tərəfindən təsis edilmiş proqramdır və təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılmasını maliyyələşdirmək üçün nəzərdə tutulub.

Görüşdə həmçinin ötən müddət ərzində əldə olunan təcrübəni əsas götürərək Bakı Dövlət və Ankara Universitetləri arasında hüquq elminin davamlı inkişaf etdirilməsinin, hüquqşünas kadrların hazırlıq səviyyəsinin daha da artırılmasının təmin edilməsi istiqamətində ikili diplomların verilməsi məqsədilə imzalanmış müqaviləyə yenidən baxılaraq müvafiq dəyişikliklər barədə də müzakirələr aparılıb.


Teqlər:





Xəbər lenti