`Mozilla`nın rəhbəri `mavi`lərə qurban getdi

`Mozilla`nın rəhbəri `mavi`lərə qurban getdi
  04 Aprel 2014    Oxunub:1308
`Mozilla` şirkətinin rəhbəri Brendan Ayk `mavi qalmaqalı`na görə vəzifəsindən getməli olub.
Belə ki, Ayk Kaliforniyada eynicinsli nigahları qadağan edən qanun layihəsini dəstəkləyəndən sonra ona qarşı geniş kampaniya başlayıb. İnternetdə aparılan kampaniyanın təşkilatçıları Brendan Aykı homofobiyada ittiham ediblər. Daha sonra seksual azlıqlar və onları dəstəkləyənlər qurumlar Mozilla-nın məhsulu olan Forefox brauzerini boykota başlayıb.

Ayk isə `Mozilla bizdən daha vacibdir`,- deyərək, istefa verib.

Qeyd edək ki, neçə illərdir `Mozilla`da çalışan Brendan Ayk JavaScript proqramlaşdırma dilinin yaradıcısıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti