“Çörək bazarı” əslində necə tənzimlənməlidir – TƏHLİL

   “Çörək bazarı” əslində necə tənzimlənməlidir –    TƏHLİL
  07 Yanvar 2022    Oxunub:1915
Ölkədə un və çörək də daxil olmaqla, un məhsullarının qiymətlərinin nəyə görə bahalaşmalı olduğu izah edilib. Belə ki, ərzaq buğdasının Rusiyada orta aylıq ixrac qiymətinin 338 dollara qalxıb. Bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin dekabrı ilə müqayisədə isə 33,1 faiz çoxdur.
Ölkədə çörəyin və digər un məhsullarının qiymətlərinin bahalaşacağı gözlənilirdi və bu, baş verdi. Dünyada hər şeyin dəyişməkdə olduğunu bildiyimiz və gördüyümüz halda, bu və ya digər məhsulun qiymətinin qalxmasına niyə bu cür ajiotajla yanaşırıq, aydın deyil. Əlimizdəki pul vahidinin özü belə tədavülə buraxıldığı gündən alıcılıq qabiliyyətini xeyli itirib. Nə qəpiklərimiz buraxıldıqları gündəki dəyərə malikdir, nə 1 manatımız, nə 5, nə də 10 manatımız. Buna uyğun olaraq da bütün məhsullar bahalaşıb.

Bəs unun və çörəyin qiymətləri nədən indiyə qədər sabit qalmışdı? Çox sadə səbəbə görə: çörəyin və unun qiymətini hökumət sabit saxlayırdı. Dövlət büdcəmiz bunun üçün hər il milyonlarla vəsait itirirdi. Dünyada çörəyin və digər un məhsullarının qiymətləri 2020-ci ildən bahalaşmağa başladı. Bu ilin əvvəlində isə tendensiya kulminasiya nöqtəsinə çatdı.

Ölkəmizdə qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilirdi: ƏDV ləğv olundu, subsidiyalaşdırma həyata keçirildi... Bütün bunları indi rəqəmlərlə geniş qeyd etməyə lüzum görmürəm.

Ölkəmiz buğda sarıdan dünyada idxaldan asılı olan ölkələr sırasındadır. Hazırda işlətdiyimiz buğdanın təqribən 42 faizini idxal edirik. Baxmayaraq ki, ölkədə istehsalı və tədarükü ən çox dəstəklənən məhz buğda olub və olaraq da qalır, lakin 42 faiz idxaldan asılı vəziyyətdəyik və özümüzü buğda ilə 58 faiz civarında təmin edə bilirik. Ümumiyyətlə, dünyada təxminən 30 ölkə özünü buğda ilə sırf daxili istehsal hesabına təmin edə bilir ki, 170-ə yaxın ölkə tələbatını idxalla ödəyir.

Hökumət daxildə qiymətləri nə qədər sabit saxlaya bilərdi?! Buğdanın idxalı və satışı, unun və çörəyin istehsalı, satışı keçən ildən 3 il müddətinə vergidən azad edilib, subsidiyalaşmaya start verilib... Amma bu üsullarla daxildə unun və çörəyin qiymətini uzun müddət sabit saxlamaq mümkündürmü?


Müəllifin əvvəlki yazıları:

2022: İqtisadiyyatda böyük ümidlər ili – TƏHLİL
İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL
Gələn ilin büdcəsi: Rekordlar təzələnir – TƏHLİL
Geriyə - gələcəyə: 2022-ci il 2019-un davamı olacaq - TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL

Ümumiyyətlə, dünya bazarlarında qiymət artımının davam etdiyi təqdirdə dövlətin yerli istehsalçıları subsidiyalaşdırma siyasəti nə vaxta qədər effekt verə bilərdi ki?! Axı Azərbaycan bazarı xarici təzyiqlərə davamlı deyil.

Ölkəmizin yeni müstəqillik əldə edəndə bir ara müşahidə edilən çörək qıtlığı, mağazaların qarşısında yaranan növbələr yəqin, orta nəslin nümayəndələrinin yadındadır. Yaxşı ki, həmin mərhələ qısa müddət ərzində davam etdi və o böhrandan məhz dövlətin sahibkarlara yaratdığı şərait hesabına çıxdıq. Sonrakı illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar və taxılçılığa ayrılan xüsusi diqqət mühüm rol oynadı. Vəziyyət dövlətin özəl iş adamlarına verdiyi imtiyazlar sayəsində düzəldi.

Odur ki, orta perspektivdə çıxış yolu çörək və digər un məmulatlarının qiymətləri mərhələli olaraq sərbəst buraxılmasında ola bilər. Bu, şəxsi fikrimdir. Söhbət buğdanın idxalına tətbiq olunan ƏDV-nin ləğvi, un istehsalçılarına subsidiyaların verilməsi və sair kimi güzəşt və kompensasiya xarakterli tədbirlərin tədricən aradan qaldırılmasından gedir. Çünki hesab edirəm, idxaldakı bütün məhdudiyyəyləri ləğv etmək və onu maksimal dərəcədə liberallaşdırmaq yolu ilə qiymətləri sabit saxlamaq həm taktiki, həm də strateji baxımından nəinki mənasız, hətta məqsədəuyğun olmayan siyasətdir. Bir məhsulun xarici bazarlarda qiyməti artırsa, onu daxili bazarda sabit saxlamaq müşkül məsələdir. Xüsusən də, o məhsul üzrə idxaldan asılılıq varsa...

Ümumiyyətlə, qiyməti basqı altında saxlamaq bazar qanunlarının "əl-qolunu" bağlamaq deməkdir. Bazar sərbəst olarsa, yerli buğda istehsalı həm həcmcə, həm də keyfiyyətcə arta bilər. Buna daxili tələb özü stimul yaradacaq. Ümumiyyətlə, bir az dərindən düşündükdə biz bu sahədə gecikmişik. Odir ki, indi bunu tədbiq etsək, vəziyyət ola bilsin bir az “ağrı verəcək”. Lakin başqa çıxış yolu varmı?


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Çörək  





Xəbər lenti