Rusiyada sürücüsüz taksilər fəaliyyətə başlayır - VİDEO
-Rusiyanın hansı ərazisində sürücüsüz taksi fəaliyyətinin mümkün olacağı məlum olub. Artıq bu ilin əvvəlində Moskva küçələrində, Skolkovoda, Kazan İnnopolisində və Soçidə Siriusun mərkəzində sürücüsüz avtomobillər peyda olacaq. Bunun üçün bölgələrdə müvəqqəti olaraq xüsusi hüquqi rejim yaradılacaq. Məhz qanunvericilik məhdudiyyətləri uzun müddət tam miqyaslı sınaqların başlamasına mane olmuşdu,-məqalədə yazılıb.
Qeyd edək ki, əvvəllər də Rusiya paytaxtının küçələrində sürücüsüz maşınlar hərəkət edib. Lakin onların hər birini təhlükə anında idarəetməyə nəzarət etməli olan sürücü idarə edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: