Bakıda təhsil sərgisi keçirilib

Bakıda təhsil sərgisi keçirilib
  05 Aprel 2014    Oxunub:1768
BU gün Bakıdakı “Hilton” mehmanxanasında “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyə universitetlərinin təhsil sərgisi açılıb.
AzVİsion.az xəbər verir ki, artıq beşinci dəfədir keçirilən təhsil sərgisində Türkiyənin 22 universiteti təmsil olunur. Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilib.

Təhsil sərgisində Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmən sərginin hər iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına böyük önəm verəcəyini vurğulayıb. Təhsil müşaviri ölkəsinin ali təhsil müəssisələrinin Azərbaycanda tanıdılması və azərbaycanlı gənclərin Türkiyədə təhsil almaq istəklərini yüksək qiymətləndirərək bu sahədə sərginin mühüm əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirib.
Təhsil sərgisi iki gün davam edəcək.

Sərgi çərçivəsində, həmçinin bu universitetlərdə pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti