`Xəmsə` sərgisi açılır

`Xəmsə` sərgisi açılır
  07 Aprel 2014    Oxunub:1322
Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Xəmsə” adlı sərgi açılacaq.
Aprelin 15-də Muzey Mərkəzinin sərgi salonunda rəssam Məhər Məhərrəmovun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Xəmsə” adlı fərdi sərgisi açılacaq.

AzVision.az xəbər verir ki, rəssam AzərTAc-a bildirib ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Gəncə Dövlət Rəsm Qalereyasının və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə reallaşdırılacaq.

Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarına vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri sərgilənəcək.

Sərginin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə ideyalarını rəsm əsərlərində cəmiyyətə təqdim etməkdir.
Sərgi 2 gün davam edəcək.


Teqlər:  





Xəbər lenti